Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kütahya vilayətinin Simav rayonunda yerli vaxtla saat 20:24-də 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə AFAD (Fövqəladə Hallar İdarəsi) məlumat yayıb.
Türkiyənin Afət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) rəsmi saytında yayımlanan məlumata görə, Kütahyanın Simav rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların yerin 13,43 kilometr dərinliyində baş verdiyi bildirilib.
Zəlzələ ilə bağlı hələlik hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb. Rəsmilər hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildiriblər.
Mənbə: https://www.patronlardunyasi.com/kutahyada-4-3-buyuklugunde-deprem
Musavat.com
22 Aprel 2025
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ