Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyənin Antalya şəhərində inanılmaz yol qəzası baş verib. Narkotik maddənin təsiri altında olduğu bildirilən sürücü, avtomobilində "hallı" vəziyyətdə ikən polis əməkdaşlarını görən kimi qaz pedalına basaraq nəzarəti itirib.
Sürətlə irəliləyən avtomobil öncə park halında olan digər bir nəqliyyat vasitəsinə çırpılıb, daha sonra təxminən 3 metr hündürlükdən aşağı düşərək bir evin mətbəxinə daxil olub.
Qəza nəticəsində mətbəxdə ciddi dağıntılar yaranıb. Hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşları sürücünü nəzarətə götürüblər. İHA (İhlas Xəbər Agentliyi) tərəfindən yayımlanan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Musavat.com Antalyadakı bu qeyri-adi hadisə ilə bağlı görüntüləri təqdim edir.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ