Onlayn ictimai-siyasi qəzet
Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar itkin düşüb.
Bu barədə Metbuat.az-a onların valideynləri məlumat verib.
Belə ki, 16 aprel axşam saat 20:00 radələrində sözügedən 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı – bibi qızı olublar.
Qeyd edək ki, qızların itkin düşməsi ilə bağlı polisə məlumat verilib.
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ