Onlayn ictimai-siyasi qəzet
Ağ Ev ABŞ müdafiə naziri Pit Heqsetin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.
Musavat.com xəbər verir ki, prezident Trampın mətbuat katibi Livitt Hearst bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“NPR-in yaydığı bu xəbər – tamamilə saxta və uydurmadır. Yalnız bir anonim mənbəyə əsaslanır və bu şəxs danışdığı mövzudan xəbərsiz görünür. Prezident bu səhər açıq şəkildə bəyan etdi ki, müdafiə nazirinə tam dəstək verir”, – deyə Livitt bildirib.
Qeyd edək ki, bu gün NPR öz mənbəsinə istinadla Ağ Evin Heqsetin yerinə yeni müdafiə naziri axtarışına başladığını iddia edib.
Bundan əvvəl mediada Heqsetin ailə üzvləri və vəkili ilə birlikdə olduğu “Signal” çatında Yəmənə mümkün hava zərbələrini müzakirə etdiyi xəbərləri yayılmışdı. Qalmaqal fonunda Heqset media qurumlarını kəskin tənqid edib. ABŞ prezidenti Donald Tramp isə onun “böyük iş gördüyünü” bildirib və dəstəyini bir daha bəyan edib.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ