İnsanlara hürriyət, millətlərə istiqlal!

Tornado 21 can aldı: Rəsmilər ölü sayının artacağını gözləyirlər

Dünən ABŞ-ın cənubundakı Missuri və Kentukki ştatlarında başlayan kəskin hava şəraiti, tornadolar böyük dağıntılar və ən azı 21 nəfərin həlak olmasına gətirib çıxarıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kentukki ştatınında 14 nəfər həyatını itirib.

Ştatın qubernatoru Endi Beşir bildirib ki, ölü sayının artması ehtimalı böyükdür: “Təəssüf ki, daha çox məlumat əldə olunduqca bu rəqəmin artacağı gözlənilir”.

Missuri ştatında rəsmilər 5 nəfərin Sent-Luis dairəsində, 2 nəfərin isə Skott dairəsində öldüyünü açıqlayıblar. Sent-Luis rəsmiləri sərt hava şəraiti nəticəsində 5000-dən çox evə ziyan dədiyini bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR