İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə ŞOK HADİSƏ: Sərnişini əqrəb sancdı

Hindistanda ölkədaxili uçuş zamanı əqrəb qadın sərnişini sancıb.

Musavat.com xəbər verir ki, eyni aviaşirkətin əvvəllər təqdim etdiyi yeməklərdə də hamam böcəyi tapılmışdı. 

"Press Trust İndia"nın xəbərinə görə, Hindistanın "Air India" aviaşirkəti aprelin 23-də Naqpur-Mumbay reysi ilə bağlı açıqlama verib. Açıqlamada təyyarədə əqrəbin qadın sərnişini sancması kimi nadir və üzücü hadisənin yaşandığı bildirilib.

Təyyarə Mumbay hava limanına enən zaman həkimlər qadın sərnişinə müdaxilə edib və sərnişin xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Lazımi protokollara əməl edildiyi bildirilən açıqlamada əqrəbin təyyarə dezinfeksiya edildikdən sonra tapıldığı bildirilib.

Qeyd edək ki, "Air India" aviaşirkətinin 2019-cu ildə Bhopal-Mumbay reysini həyata keçirən təyyarəsində sərnişinə təklif edilən yeməkdə tarakanlar tapılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR