Onlayn ictimai-siyasi qəzet
“Bu gün diplomlar şadlıq evlərinə işləyir”.
Musavat.com Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Teymur Əmrah deyib.
O, “Gül kimi şou”da musiqiçilər yetişdirən ali məktəblərlə bağlı sərt açıqlaması ilə diqqət çəkib:
“Bu gün diplomlar şadlıq evlərinə işləyir. 99 faiz belədir. İnsan 3 mərtəbəli villada yaşamaq istəyir, CİP sürmək istəyir. Tələbə deyir anam-atam məni həyata bir dəfə gətirib. Mən ölüb gedəcəm, istəyirəm yaxşı həyat yaşayım. Sizin kimi bu məvaciblə əzab-əziyyət çəkmək istəmirəm. Mən demirəm hamı universiteti bitirib opera teatrına getsin, toyda da kimsə oxumalıdır. Amma faiz fərqi olmalıdır. Bu gün 99 faiz hamısı toydadır. Mən ona görə iki universitet atdım. Hər ikisində də ərizəmi yazıb getdim”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ