İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Zaporojye şəhərinə DƏHŞƏTLİ HÜCUM - 17 ölü, 40 yaralı

Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Zaporojye dəhşətli hücumun hədəfi olub. Şəhərə edilən raket hücumu nəticəsində azı 17 sakin həlak olub, daha 40 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə şəhər şurasının katibi Anatoli Kurtev məlumat verib.

Məlumata görə, zərbələr nəticəsində yaşayış binalarına və küçələrə ziyan dəyib.

"İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. İndiki ana qədər olan informasiyaya görə, 17 nəfər ölüb", - Kurtev qeyd edib.

Xatırladaq ki, Rusiya hərbçiləri gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar. Sakinlərin bəziləri işğal olunmuş əraziyə daxil olmaq üçün şəhər kənarında növbə gözləyir, digərləri isə avtobus dayanacağında gecələyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR