İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Xocalıda rus hərbçi ermənilərin ölümünə səbəb oldu - CANLI

Qarabağda Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib. “Sputnik Ermənistan” hadisə səhər saatlarında qeydə alınıb. Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısı İ. Y-nın idarə etdiyi “HAVAL H9” markalı avtomobillə Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməni, 1996-cı il əvvəlüdlü E. Y-nin “VAZ-2107” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Elə həmin avtomobilin 4 qadın sərnişini isə yerindəcə keçinib. İstintaq Komitəsi qəzanın təfərrüatlarını aydınlaşdırır.
Azərbaycanın keçirdiyi “Qisas” antiterror əməliyyatı, Gorus-Xankəndi yoluna (keçmiş Laçın dəhlizi) alternativ marşrutun tikintisinin yekunlaşması ermənilərin dalandakı hayqırtılarını çoxaldır.
Bu, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan ermənilərin ümid bağlayacağı yerlərin ağzının “qıfıllanması” ilə əlaqəlidir.
İndi mülki ermənilər özlərinin taleyini Ermənistanın əllərinə buraxmaq istəmir, üstəgəl sülhməramlıların, daha dəqiqi, Rusiyanın saqqızını oğurlaya bilmək potensialından da məhrum olurlar.

Azərbaycan dövləti 10 Noyabr Bəyanatının imzalanmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olan əraziləri hərbi infrastruktur, iqtisadi alətlər və kəşfiyyat imkanları ilə mühasirəyə alıb.
“Qisas” əməliyyatı həmin imkanların uğurla sınaqdan keçirilməsi idi və Rusiya haqqında formalaşmış “Moskva imkan verməz ki, Azərbaycan əməliyyat keçirsin” təsəvvürlərini darmadağın etdi.
İndi ermənilər daha aydın şəkildə dərk etməlidirlər ki, onlar ya Azərbaycan bayrağı altına keçib vətəndaşlıq üçün lazım olan kriteriyaları yerinə yetirməli olacaqlar, ya da ki taleləri havadan asılı qalacaq.
TVMusavat-ın saat 15:00-da canlı yayınında politoloq Vaqif Hüseynlə bölgədəki hadisələri müzakirə edirik. Müzakirəyə tamaşaçılar da qatıla bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR