İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Sülhməramlılar erməni terrorçuları belə qoruyur - VİDEO

Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edir.

Musavat.com xəbər verir ki, təqdim olunan videoda qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlıların zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.

Qeyd edək ki, bir neçə gün öncə də qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlıların zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi ilə bağlı görüntülər yayılmışdı.

Yeni görüntüləri təqdim edirik: 

@@TVmusavat/61649@@

Musavat.сom

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR