İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İraqdakı missiyasını bitirir?

ABŞ Müdafiə Nazirliyi İraqdakı hərbi missiyasını dayandırmaq niyyətini təsdiqləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ rəsmisinin sözlərinə görə, bu proses nəticəsində Bağdad ölkə ərazisində İŞİD-in qalıqlarına qarşı mübarizə səylərinə özü rəhbərlik edəcək.

Plana əsasən, ABŞ və onun koalisiya müttəfiqləri bundan sonra Suriyada İŞİD qalıqlarına qarşı mübarizəyə diqqət yetirəcək və şəxsi heyətin böyük hissəsini bu missiyanı həyata keçirmək üçün İraq Kürdüstan bölgəsinə köçürəcəklər.

2025-ci ilin əvvəlində ABŞ-ın İraqda təxminən 2500, qonşu Suriyada isə 900-dən çox hərbi qulluqçusu vardı. Onlar İŞİD-in 2014-cü ildən iki ölkə ərazisində törətdiyi zorakılıqlara qarşı yaradılmış koalisiyanın tərkibində xidmət edirdilər. Rəsminin sözlərinə görə, keçid dövrü başa çatdıqdan sonra İraqdakı ABŞ hərbçilərinin ümumi sayı 2000-dən az olacaq və onların əksəriyyəti Ərbildə yerləşdiriləcək.

Dəqiq rəqəm hələ müəyyən edilməyib, həmçinin vaxt barədə də açıqlama verilməyib. Bağdadda qalacaq ABŞ hərbçiləri isə İŞİD-lə mübarizədən çox, ikitərəfli təhlükəsizlik əməkdaşlığının adi məsələlərinə diqqət yetirəcəklər. “İŞİD artıq nə İraq hökuməti, nə də ABŞ üçün İraq ərazisindən daimi təhlükə mənbəyi deyil. Bu, mühüm nailiyyətdir və İraqın öz ölkəsində təhlükəsizliyi təmin etmə işinə rəhbərlik etməsinə daha məsuliyyətli yanaşmağımıza imkan yaradır”, - deyə ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi bildirib.

Ötən il ABŞ İraqla qərbdəki Ənbar vilayətində yerləşən Ayn əl-Əsəd aviabazasının təhvil verilməsi barədə razılığa gəlib. ABŞ rəsmisinin sözlərinə görə, təhvilvermə prosesi hələ də “davam edir” və əlavə məlumat verməkdən imtina edib.

Tramp administrasiyası da vaxtilə Suriyadakı qoşunların ixtisarı ilə bağlı planlar hazırlamışdı. Lakin rəsminin sözlərinə görə, bu, şərtlərlə bağlı olub və “hazırda biz status-kvo vəziyyətindədir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR