İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rusiya sərhədçiləri ÇIXIR - Ermənistan əlavə qüvvələr cəlb edir – Üzeyir Cəfərov CANLIda

Rusiya sərhədçilərinin çıxarılması ilə əlaqədar Ermənistan Milli Təhlükəsizlik Xidməti “Zvatrnos”a əlavə qüvvələr cəlb edir. Bunu Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.

“Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya sərhədçilərinin oradan çıxması ilə əlaqədar “Zvartnots” keçid məntəqəsində sərhəd nəzarətinin lazımi qaydada həyata keçirilməsi üçün əlavə qüvvələr cəlb etmək üçün lazımi tədbirlər görüb”, - deyə məlumatda bildirilir.

Dəqiqləşdirilib ki, sərhəd qoşunlarının zəruri kadrlarla doldurulması prosesi dövri xarakter daşıyır. Rusiya sərhədçilərinin geri çəkilməsinin bayram mövsümündə hava limanında növbələrə səbəb olub-olmayacağı ilə bağlı suala departament cavab verib ki, tıxac adətən eyni vaxtda çoxlu reyslər olduqda baş verir.

“Bundan başqa, Rusiya Federasiyasının sərhədçiləri ilə birgə xidmət zamanı belə hallara tez-tez rast gəlinirdi”, - deyə Xidmətdən agentliyə cavab veriblər.

Yada salaq ki, Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin mayın 8-də Moskvada keçirilən görüşündə razılaşdırılıb. Sonradan məlum olub ki, rus sərhədçiləri avqustun 1-dək “Zvartnots” hava limanını tərk edəcəklər.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız istefada olan polkovnik Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR