İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Moskvada aeroportlar dayandı, Zelenskidən “Hələ tez-tez partlayışlar olacaq” ANONSU - CANLI

Moskvanın 3 böyük hava limanında reyslərin kütləvi şəkildə təxirə salınması və ləğv edilməsi baş verib. Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, ümumilikdə 37 təyyarə plan üzrə uçmayıb. “Vnukovo”da 9 təyyarə saxlanılıb. “Domodedovo”da 15 reys təxirə salınıb, 8-i isə ləğv olunub. “Şeremetyevo”da da 5 aviareysin tarixi dəyişdirilib.

“Rusiyada partlayışlar daha tez-tez baş verəcək və belə hadisələrin nəticəsi də olacaq”. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak xarici KİV-ə müsahibəsində deyib. O bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyada kifayət qədər effektiv şəbəkəsi mövcuddur.

Ukraynanın baş ölkənin ərazisində döyüşmədiyini vurğulayan M.Podolyakın sözlərinə görə, Rusiya özü-özünü məhv edəcək. Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada yanğın və partlayışlar baş verir.

Qeyri-rəsmi mənbələrdən alınan məlumatlara əsasən, Ukrayna ordusu bir neçə ərazidə Dnepri uğurla keçib və Xerson vilayətində çayın sol sahilində bir sıra pladstarmı ələ keçirə bilib.
Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib. “Əslində bu, hücumun növbəti addımıdır. Bu problemlərin həllində Xerson istiqaməti perspektivli idi və məhz bizim üçün çox vacib olduğuna görə Rusiya Kaxovka bəndini partlatdı. Buna görə də bir müddət cəbhənin bu sektorunda hücum mümkün deyildi. İndi şərtlər dəyişib. Yayın son ayında torpaq quruyub. Və bu təbii amillər hücum xarakterli məsələlərin həllinə kömək edir. Strateji olmasa da, operativ baxımdan bu istiqamət maraqlıdır”, - general bildirib.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR