İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bu ölkə ABŞ-ın kəşfiyyat məlumatlarını ƏLƏ KEÇİRDİ

Bu ilin əvvəlində ABŞ-ın şimalında uçan və Çinə aid olduğu müəyyən edilən “casus şarı” vurulmadan bir neçə gün əvvəl hərbi bazalardan kəşfiyyat məlumatları toplaya bilib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

"NBC News" ABŞ rəsmilərinə istinadən xəbər verir ki, "casus şar" məlumatları real vaxt rejimində Pekinə ötürüb. Kanala danışan məmur bildirib ki, şar şəkil çəkməyib, əksinə elektron siqnalları toplayıb.

Ağ Ev xəbəri təsdiqləməyib.

Lakin ABŞ rəsmiləri deyirlər ki, onlar hava şarının ölkə üzərində uçması ilə onun kəşfiyyat məlumatı toplamaq imkanlarını məhdudlaşdıra biliblər.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq bildirib ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hələ də hava şarının qalıqlarını tədqiq edir.

"Biz bilirik ki, şar manevr edə və bilərəkdən bir yol izləyə bilər. Biz hələ də Çinin toplaya bildiyi kəşfiyyat məlumatlarını qiymətləndiririk, lakin bilirik ki, atdığımız addımlar onların əvvəllər peyklərdən toplaya bildiklərindən daha çox ələ keçirməsinə mane olub" - deyən sözçü hava şarının hansı hərbi obyektlər üzərində uçduğunu söyləməkdən imtina edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR