İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: "Azərsu" kəskin istilərlə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC Bakı və Abşeron yarımadası, həmçinin regionlarda mənbələrdən ötürülən suyun həcmini artırıb.

Musavat.com xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Buna səbəb son günlər ölkədə kəskin istilərin müşahidə edilməsidir.

Əlavə olaraq anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri də həyata keçirilir.

Qurum hidrometeroloji proqnozlara görə kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələrini xahiş edir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR