İnsanlara hürriyət, millətlərə istiqlal!

TDT-nin Baş katibi: "Siyasi əməkdaşlıq reallığa çevrilib"

"Siyasi əməkdaşlıq reallığa çevrilib, iqtisadi əməkdaşlıq, nəqliyyat sahəsində və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq inkişaf edir".

Musavat.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

O, mədəni-humanitar əməkdaşlığın münasibətlərin əsası olduğunu deyib: "Biz hətta təhlükəsizlik sahəsində də əməkdaşlığa başlamışıq. Bu yaxınlarda ölkələrimizin təhlükəsizlik şuraları rəhbərlərinin görüşünü keçirmişik. Bizim xüsusi xidmətlərimiz işləyir. Biz bu sahə üçün yaxşı baza yaratmışıq. Ölkələrimiz arasında həm ikitərəfli əsasda, həm də artıq daha geniş əsasda hərbi-texniki əməkdaşlığı və hərbi əməkdaşlığı nizamlamışıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR