Onlayn ictimai-siyasi qəzet
“İqlim dəyişikliyi ilə bağlı vəziyyət çox ciddidir və bütün dünya alimləri bunu başa düşür. Yeni xəstəliklərin ortaya çıxması təsadüfi deyil”.
Bu sözləri professor, həkim Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında qeyd edib.
O, oktabyr ayında müşahidə olunan istilərə belə münasibət bildirib:
“Havaların belə keçməsi iqlim təlatümü ilə bağlıdır. Bu yaxınlarda ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri də məhz bu məsələyə həsr olunub. Artıq bütün dünya başa düşür ki, iqlim təlatümləri Yer kürəsindəki canlılara və onun relyefinə çox ciddi təsir edəcək. Bir sıra növlər tamamilə sıradan çıxa və insanlar yeni xəstəliklər tapa bilər”.
Professor vəziyyətin çox ciddi olduğunu vurğulayıb:
“Ən əsası relyef dəyişə bilər. Bu isə canlıları dəyişdirəcək. Ona görə də vəziyyət çox ciddidir. Qlobal formada həmin məsələ haqda müzakirələr gedir. Sözügedən vəziyyətin təsirlərinə qarşı mübarizə aparmaq üçün müxtəlif yollar araşdırılır. Buna görə də atılan tullantıların, havaya buraxılan zərərli qazların qarşısını almaq lazımdır. Fosfid yanacağın və digər çirkli maddələrin havada konsenterasiyasının aşağı salınması üçün çox ciddi plan, layihələr var. Hələlik real nəticələr ortada olmasa da, bu işin məsuliyyətini artıq bütün dünya alimləri dərk edib. Məsələ bundan ibarətdir ki, belə bir dövrdə immun sistemində də çox ciddi dəyişikliklər olur. Odur ki, yeni-yeni xəstəliklər və onların klinik əlamətlər sərgiləməsi də təsadüfi deyil”.
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ