İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın yeni rüsumları milyarderlərə zərbə vurdu: Bir gündə 208 milyard dollar itirdilər

ABŞ-ın tətbiq etdiyi yeni gömrük rüsumları dünyanın ən zəngin insanlarına ciddi maliyyə itkisi yaşadıb.

Musavat.com xəbər verir ki, "Bloomberg Billionaires Index" (BBI) məlumatına görə, milyarderlər bir gün ərzində ümumilikdə 208 milyard dollar itiriblər.

Bu, indeksin 13 illik tarixində dördüncü ən böyük günlük itki və COVID-19 pandemiyasından bəri ən ciddi maliyyə sarsıntısı hesab olunur.

Məlumata əsasən, siyahıda yer alan sərvət sahiblərinin yarıdan çoxunun varidatı orta hesabla 3,3% azalıb. Ən çox zərər çəkənlər ABŞ milyarderləri olub. Xüsusilə Meta korporasiyasının rəhbəri Mark Zukerberq və Amazonun qurucusu Ceff Bezos yeni tariflərin təsirini ciddi şəkildə hiss ediblər.

Bununla belə, bəzi milyarderlər bu iqtisadi sarsıntıdan yayınmağı bacarıb. "Bloomberg"-in məlumatına görə, Meksikanın ən varlı adamı Karlos Slim yeni tariflərin mənfi təsirindən yan keçən azsaylı milyarderlərdən biri olub.

ABŞ-ın tətbiq etdiyi yeni ticarət qaydalarının qlobal bazarlara və iri şirkətlərin gəlirlərinə hansı uzunmüddətli təsiri göstərəcəyi isə hələ də müzakirə mövzusudur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

09 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR