Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti Çində çalışan dövlət qulluqçularına, onların ailə üzvlərinə və məxfi məlumatlara icazəsi olan podratçılara Çin vətəndaşları ilə romantik münasibət qurmağı qadağan edib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, qadağanı ABŞ-nin Pekindəki səfiri Nikolas Börns tətbiq edib.
"Yeni siyasət ABŞ-nin Çindəki diplomatik nümayəndəliklərinə, o cümlədən Pekindəki səfirliyə, həmçinin Quançou, Şanxay, Şenyan, Uhan və Honkonqdakı konsulluqlarına aiddir. Qadağalar Birləşmiş Ştatların Çindən kənarda yerləşən personalına şamil edilməyəcək", - deyə məlumatda bildirilir.
Mənbə qeyd edir ki, Çin vətəndaşları ilə artıq münasibətləri olan amerikalı məmurlar onlar üçün istisna etmək xahişi ilə müraciət edə bilərlər. Əgər onlar rədd cavabı alsalar, məmurlar ya münasibətləri kəsməli, ya da vəzifələrini tərk etməlidirlər./"Qafqazinfo"
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ