İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Putin arasında yeni telefon danışığı gözlənilir – “Politico”dan sensasion xəbər  

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında növbəti telefon danışığı baş tuta bilər. Bu barədə məlumatı “Politico” nəşri yayıb.

Diplomatik mənbələrə əsaslanan xəbərə görə, liderlərin təmasının ya bu gün, ya da gələn həftə baş verməsi ehtimal edilir. Rəsmi dairələr hələlik bu barədə təsdiq və ya inkar xarakterli açıqlama verməyiblər.

Ekspertlər bildirirlər ki, bu telefon danışığı Trampın prezidentliyə qayıdışından sonra ABŞ-Rusiya xəttində başlayan yeni dialoqun davamı ola bilər. Xatırladaq ki, bir neçə gün öncə Ağ Evdə Trampın Rusiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Kreml elçisi Kirill Dmitriyev arasında iki günlük görüş keçirilmişdi.

Danışığın gündəliyində aşağıdakı mövzuların ola biləcəyi ehtimal edilir:

  • Ukrayna müharibəsi və atəşkəs imkanları
  • Yeni strateji sabitlik razılaşmaları və silah nəzarəti
  • Sanksiyaların yumşaldılması perspektivləri
  • ABŞ və Rusiya arasında enerji və resurs əməkdaşlığı. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR