İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli: “Biz nə vaxta qədər bu camaatla “qara camaat” kimi davranacağıq?”

Milli Məclisdə hökumətin 2022-ci ildəki fəaliyyəti barədə hesabatının müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli pensiyalarla bağlı mövzuya toxundu.

Musavat.com-un məlumatına görə, deputat bildirdi ki, ötən illərdə pensiya alanların sayı azalmağa doğru gedib: “Gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz var. Neçə illərlə müqayisə aparanda görürük ki, pensiya alanların sayı azalıb”.

T.Kərimli qeyd etdi ki, ölkədə yaşayan əhaliyə məhsulları Avropadakı kimi satırıq, amma xalqa verilən vəsait Avropada olduğu kimi deyil: “Biz nə vaxta qədər bu camaata “qara camaat” kimi davranacağıq? Kim nə deyir desin, mən həmin “qara camaat”ın nümayəndəsi kimi danışıram. Deyirlər restoranlar dolub-daşır. Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xahiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin”.

Spiker Sahibə Qafarova T.Kərimlinin sözlərinmə reaksiyasında bildirib ki, Azərbycan Prezidenti başda olmaqla heç kim əhaliyə qara camaat kimi baxmır.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR