İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli Ayaz Mütəllibovdan danışdı: "O zaman biz ayrı-ayrı cəbhələrdə idik"

"Ayaz Mütəllibov müstəqillikdən öncə də Azərbaycanın rəhbəri olub. Məhz onun dövründə  Azərbaycan öz mütəqqilliyinə qovuşdu, BMT-nin tam üzvü oldu".

Bu sözləri millət vəkili Tahir Kərimli Musavat.com-a açıqlamasında deyib. Millət vəkili mərhum eks-prezidentlə olan xatirələrindən də söz açıb: "O zamanlar biz ayrı-ayrı cəbhələrdə idik, müstəqillik uğrunda mübarizə aparırdıq.

Ayaz Mütəllibov çox kövrək insan idi. Bir dəfə Moskvaya  getdim. Deyirdilər ki, onun olduğu yeri çox güclü qoruyurlar. Amma mən onunla görüşməyə getdim, bir masanın arxasına əyləşdim və birdən masa sürüşdü. Yəni, həmişə sadə həyat tərzi yaşayırdı.

Ayaz Mütəllibov tarixi insandır. Dövlət rəhbərliyinə, Prezidentə, Mehriban xanıma təşəkkür edirəm ki, 2012-i ildə onun Azərbaycana qayıtmasına şərait yaratdılar".

Xalidə Gəray
Musavat.com

637758b9-5f6d-4644-a065-eed5771b444c.jpg (106 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR