İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistan elektromobil istehsal edəcək

Tacikistan Çinlə birlikdə elektromobil istehsalına başlayır.

Bu barədə razılaşma Tacikistan parlamentinin yuxarı palatasının rəhbəri, Düşənbə şəhərinin başçısı Rustam İmomalinin Pekinə səfəri zamanı imzalanıb.

Razılaşmaya əsasən Tacikistanın "Avesta Qrup" və Çinin "Tsızinçuan" şirkətləri Tacikistanda illik istehsal gücü 1.5 milyon ədəd elektromobil olan zavodun tikintisini icra edəcəklər. Layihənin ümumi dəyəri 25 milyon dollardır.

Tacikistan tərəfinin məlumatına əsasən elektromobil istehsalında istifadə olunan əsas xammalların 90 faizi Tacikistanda istehsal olunur. Bura alüminium, litium, nikel və digərləri aiddir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR