İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa haqqında qanun layihəsi ikinci oxunuşdan keçdi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

Layihəyə əsasən, Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinə dair tələblər sərtləşdirilir. Birinci vitse-spiker Əli Hüseynli layihə haqda məlumat verdi.

Dəyişikliyə əsasən, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq, qəbul edildi.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR