İnsanlara hürriyət, millətlərə istiqlal!

“Suriya qlobal enerji oyununda qurban oldu” – İLGİNC DETALLAR

“Yaxın Şərqdə və Aralıq dənizi ətrafında ciddi dəyişikliklərin davam etməsi fonunda Suriya hadisələrdən kənarda qala bilməzdi. Bölgədə İsrailin silahlı qruplarla və İranla effektiv mübarizə apardığı bir vaxtda Suriya məsələsi fərqli cəbhələrdə yer alan beynəlxalq və regional aktorlar üçün fürsət olmalı idi”.

Musavat.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

zaur.jpg (49 KB)

“Suriya Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, İran kimi dövlətlərin təhlükəsizliyi məsələsidir. Kim daha çevik tərpənsəydi, payı o alacaqdı. Suriya uzun müddətdir ki, qlobal enerji oyununda əsas regionlardan biridir. Hələ 2009-cu ildə Qətər onun vasitəsilə Avropanın Rusiya qazından asılılığını sarsıdacaq qaz kəməri çəkməyi təklif etmişdi. Lakin Rusiya və İran bunu etməyə Əsədə imkan verməzdilər və vermədilər də. Əsədin Qətər qazından imtinası vətəndaş müharibəsinin başlanğıcı oldu. Sonra da Rusiya və İran vəziyyəti ələ aldılar və Əsədi qorumağı bacardılar.

Lakin indi nə Rusiya, nə də İran o vəziyyətdədir. Bu ilin son günü Ukrayna vasitəsilə Avropaya nəql olunan qaz müqaviləsinin vaxtı bitir. Bundan sonra nə baş verəcək, onu da görəcəyik”, - deyə politoloq qeyd edib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR