İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanıda yollar acınacaqlı vəziyyətdədir – Fotolar  

 

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağları adlanan ərazidə yaşayan sakinlər Musavat.com-a şikayətlərini bildiriblər. Sakinlər vurğulayıblar ki, müvafiq qurumlardan kömək ala bilmədikləri üçün məsələni ictimailəşdirmək qərarına gəliblər.

 Sakinlər bildiriblər ki, qeyd olunan ərazidə yollar çox acınacaqlı vəziyyətdədir:

“Biz sakinlər Suraxanı rayonunda “kondisioner bağları” kimi tanınan, ticarət mərkəzi ilə üz-üzə salınmış Hövsan bağlarında yaşayırıq. Uzun müddətdir ki, ara küçələrin asfaltlanması ilə bağlı aidiyyəti orqanlara, o cümlədən Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin müraciətlərimiz bu günə qədər heç bir nəticə verməyib. Ərazidə vəziyyət çox acınacaqlıdır. Belə ki, avtomobillərin ara küçələrdə mütəmadi hərəkəti və güclü külək zamanı yaranan toz kütlələri səbəbindən həyətyanı sahələrdə yaşamaq mümkün deyil. Xüsusilə qış aylarında yağıntı olan kimi günlərlə sakinlər əziyyət çəkirlər. Aidiyyəti qurumlardan bununla bağlı maraqlanan yoxdur”,-deyə onlar qeyd ediblər. 

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin mövqeyinin öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR