İnsanlara hürriyət, millətlərə istiqlal!

"Söyüş müxalifətinə dəstək verən məmurlar ən sərt cəza almalıdırlar" - Deputatın yazısı

İlk yayınlanma: 29.05.2024

"Söyüşü də, şantajı da, siyasətə Əli Kərimov və onun ətrafındakılar gətirib. Bugünki söyüş müxalifəti də məhz Əli Kərimovun "xidmətlərinin" nəticəsidir".

Musavat.com xəbər verir ki, bu sözlər millət vəkili Kamal Cədərovun "Söyüş müxalifətinə dəstək verən məmurlar elə cəzalandırılmalıdır ki, görk olsun!" başlıqlı yazısında yer alıb.

K.Cəfərov daha sonra yazır:

"Tural Sadıqlı və digərləri də Əli Kərimovun əsasını qoyduğu xətlə gedirlər.

Xüsusilə xaricdə fəaliyyət göstərən söyüş müxalifətinin əsas sponsorları isə Azərbaycanın böyük zəfərini qəbul edə bilməyən, bu gün Qafqaz regionunu qarışdırmağa çalışan beynəlxalq təşkilatlardır.

Onlar Azərbaycana qarşı, Müzəffər liderimiz İlham Əliyevə qarşı, böyük zəfərimizə qarşı, şəhidlərimizin ruhuna qarşı olan bütün təşəbbüsləri maliyyələşdirirlər.

Onlara xidmət edənlər isə elə xalqımızın belində çıxan çibanlardır.

Son zamanlar hüquq-mühafizə orqanları onların ölkə daxilindəki şəbəkəsini və qeyri-qanuni əməllərini ifşa edib.

İndi mətbuatda məlumatlar gedir ki, bəzi məmurlar da həmin söyüş müxalifətinə maliyyə yardımı göstəriblər.

Səlahiyyətlərindən və kimliyindən asılı olmayaraq, bu cür məmurlar ən ağır formada cəzalandırılmalı və ifşa olunmalıdırlar. Şəxsi nüfuzunu Azərbaycanın milli maraqlarından və ali rəhbərliyindən üstün tutan istənilən məmur xəyanət içərisindədir.

Eyni zamanda hakimiyyət daxili məqsədlər üçün, rəqiblərini “vurmaq” xatirinə söyüş müxalifətindən istifadə edənlər, onlara məlumat ötürənlər, onları saxlayanlar da Əliyev irsinə xəyanət içərisindədilər.

Bu çirkin oyunda iştirak edən çibanlar, özünü “ağıllı” hesab edən məmurlar elə cəzalandırmalıdır ki, görk olmalıdır. Bir də heç kim bu cür xəyanətə cəsarət etməsin".

 

Kamal Cəfərov, Millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR