Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Qara Dəniz Donanmasının əsas sualtı qayığı olan “Novorossiysk” Aralıq dənizində ağır vəziyyətə düşüb.
Musavat.com xəbər verir ki, Ukrayna mənbələrinin yaydığı məlumatı artıq Rusiya kanalları da təsdiqləyirlər.
Qayığın yanacaq sistemi zədələnib və yanacaq birbaşa anbara axır. Təmir işləri aparmaq üçün gəmidə lazımi hissələr və mütəxəssislər çatışmır, ekipaj problemi özləri həll edə bilmir. Yığılmış yanacaq partlayış təhlükəsi yaradır və ekipaj onu dənizə atmağa məcbur ola bilər.
Sualtı qayığın tikintisinə 20 avqust 2010-cu ildə Sankt- Admiralty Gəmiqayırma Zavodunda başlanıb, 2013-cü ildə suya buraxılmışdır.
“Novorossiysk” Rusiyanın Qara dənizdə müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayır. Rusiya tərəfi bildirir ki, o, düşmənin sualtı qayıqlarına və yerüstü gəmilərinə qarşı effektiv mübarizə aparmağa qadirdir.Qayıq həmçinin kəşfiyyat toplama missiyalarını yerinə yetirə bilər.
Ən əsası, “Novorossiysk” “Kalibr” və “Tsirkon” kimi qanadlı raketləri daşıyır.
Qayıq dizellə işləyir.
Rusiyalı ekspertlər qayığın Aralıq dənizinə hansı səbəbdən çıxdığının anlaşılmaz olduğunu deyirlər.
Musavat.com
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ