İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 262 idmançısı Bakıda: BAŞLADI

Musavat.com xəbər verir ki, bu gün Azərbaycanda keçirilən III MDB Oyunlarının açılış mərasimi baş tutacaq. Gəncə şəhər stadionunda təşkil olunacaq möhtəşəm tədbir saat 19:00-da başlayacaq. Azərbaycan bayrağını bu mərasimdə tanınmış karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.

Yarışlara iki gün əvvəl start verilib və bu dəfəki turnir geniş tərkibli iştirakçı sayı ilə diqqət çəkir. Ümumilikdə 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə yarışlara qatılıb. Azərbaycanı 340, Rusiyanı isə 262 idmançı təmsil edir. Digər ölkələrin nümayəndə heyətləri isə aşağıdakı kimidir:
• Özbəkistan – 254
• Belarus – 240
• Qazaxıstan – 147
• Tacikistan – 144
• Qırğızıstan – 126
• Türkmənistan – 48
• Türkiyə – 38
• Kuba – 11
• Küveyt – 6
• Oman – 4
• Pakistan – 4

Musavat.com xüsusi olaraq qeyd edir ki, Rusiya ilə Azərbaycan arasında son aylarda münasibətlərin ciddi şəkildə pisləşməsindən sonra bu, Rusiya idmançılarının bu qədər kütləvi şəkildə iştirak etdiyi ilk beynəlxalq mədəni-idman tədbiridir. Bu fakt Moskvanın Cənubi Qafqaz siyasətində yeni ton axtarışlarının, eyni zamanda idman və humanitar əlaqələr kanalı ilə münasibətləri yumşaltmaq cəhdlərinin göstəricisi kimi də dəyərləndirilə bilər.

MDB məkanında idman əməkdaşlığının vacib platformasına çevrilən bu yarışların bağlanış mərasimi oktyabrın 8-də yenidən Gəncə şəhər stadionunda keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR