Onlayn ictimai-siyasi qəzet
ABŞ Energetika naziri Kris Rait bildirib ki, Vaşinqtonda ABŞ və Azərbaycan arasında imzalanan ikitərəfli saziş yalnız siyasi və strateji sahədə deyil, həm də energetika sahəsində yeni imkanlar açır.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, Azərbaycanın zəngin enerji ehtiyatları var və Cənub sərhəd koridoru vasitəsilə Ermənistan və Azərbaycan üzərindən Avropaya daha çox təbii qaz çatdırmaq mümkündür. Bu isə region üçün son dərəcə əhəmiyyətlidir.
Rait əlavə edib ki, Azərbaycanın enerji resurslarının inkişafı və onların dünya bazarına, xüsusilə də Avropa və Qərb bazarlarına Rusiya vasitəsiz çıxarılması ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Musavat.com
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ