İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyarto Macarıstanın daha bir qonşusuna hücuma keçdi; Cavab gecikmədi

Macarıstanın xarici işlər naziri Peter Szyarto Xorvatiyanı Macarıstan və Slovakiyaya neft tədarükünü inhisara almaqda və Ukraynadakı münaqişədən qazanc götürməkdə ittiham edib. Musavat.com xəbər verir ki, nazir bu fikri RTRS telekanalında (Republika Srpska, BH) səsləndirib: “Münaqişə başlayandan onlar Xorvatiya ərazisindən nəql olunan neftin tranzit haqqını xeyli artırıblar və indi bizim üzərimizdə monopoliya əldə etmək və bununla da daha çox qazanc əldə etmək üçün ölkəmizin Rusiya neftini almasına mane olmaq istəyirlər”.

Siyarto əlavə edib ki, Xorvatiyadan keçən Adriatik boru kəməri Macarıstan və Slovakiyanın ehtiyaclarını ödəmək üçün kifayət qədər gücə malik deyil: "Aparılan sınaqlar əsasında belə qənaətə gəlinib ki, bu boru kəməri bizə lazım olan miqdarda nefti davamlı və etibarlı şəkildə nəql etmək iqtidarında deyil".

Xorvatiyanın baş naziri Andrey Plenkoviç Siyartonun sözlərinə sərt reaksiya verib: "Mən Xorvatiyanın müharibədən qazanc əldə etməsi ilə bağlı yalan iddiaları qəzəblə rədd edirəm. Əksinə, Xorvatiya yaxşı və vicdanlı qonşudur".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR