İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı imamdan ŞOK XƏBƏRDARLIQ: “Xaosun qarşısını heç kim ala bilməz!”

Marneuli İmam Əli Məscidinin axundu, imamcümə Hacı Hacıyev Gürcüstanda və regionda baş verən gərginliklərlə bağlı ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Hacıyev çıxışında bildirib: “Bizim Borçalıda, Qafqazda tariximiz 3 min ilə dayanır. Heç kim bizə deyə bilməz ki, siz öz vətəninizə gedin, bura sizin vətəniniz deyil. Biz Gürcüstanın hüquqi vətəndaşlarıyıq. Əgər Gürcüstanda azərbaycanlılara qarşı şiddət halları davam etsə, əmin olsunlar ki, məmləkətdə, regionda elə bir xaos yaranar ki, bunun qarşısını nə hökumət ala bilər, nə sən, nə də mən.”

Xatırladaq ki, son günlər Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqlər artıb. Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu, Mamuka Qiqani, 19 sentyabrda şəhərdəki "Melody" şirniyyat mağazasında azyaşlı bir işçiyə şillə vurmuşdu. 

Hadisənin görüntüləri sosial mediada yayıldıqdan sonra Gürcüstan Daxili İşlər Nazirliyi məsələyə rəsmi reaksiya verərək, Mamuka Giganini saxlamışdı.

Axund Hacı Hacıyevin çıxışını təqdim edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR