Onlayn ictimai-siyasi qəzet
Rusiya həbsxanasında cəza çəkən Donbasın keçmiş separatçı komandiri İqor Qırkin-Strelkov müharibənin davam etməsinin mənasız olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Strelkov çıxışında qeyd edib: “Üç ilə yaxın bir ölkəyə qarşı vuruşmaq bacarıq tələb edir. Hansı ki, müharibə başlayanda bildirilmişdi ki, bu əməliyyat cəmi üç günə, yaxud ən çox üç həftəyə Rusiyanın qələbəsi ilə bitəcək. Lakin sonrakı gedişat böyük potensiala, zəngin hərbi tarixə və böyük bir orduya (Rusiya ordusu) malik ölkədən gözlənilmirdi.”
O əlavə edib ki, Rusiyanın Ukrayna üzərində tez bir zamanda qələbə qazanmaq perspektivi görünmür:
“Əgər müharibədə qələbə qazana bilmirsənsə, bəlkə də ondan çıxmaq lazımdır. Vəziyyəti son dərəcə ağır və davamlı pisləşmə meylləri ilə qiymətləndirirəm.”
Musavat.com
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ