Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş gərgin keçib. Liderlər bir neçə mövzu ətrafında açıq şəkildə fikir ayrılığı yaşayıb.
Musavat.com xəbər verir ki, görüş zamanı Zelenski Trampı Rusiyaya qarşı daha ehtiyatlı olmağa çağırıb, lakin Tramp onu “daha minnətdar olmağa” dəvət edib. ABŞ Prezidenti vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin “razılaşma əldə etmək istəyir”, lakin Zelenski Trampın bu məsələdə yumşaq mövqe tutmasını tənqid edib.
Müzakirə zamanı Tramp Zelenskiyə xəbərdarlıq edərək, “Sən Üçüncü Dünya Müharibəsi ilə qumar oynayırsan”, - deyib. Ağ Evdə baş verən bu açıq mübahisə Ukrayna və ABŞ münasibətlərindəki gərginliyi ortaya qoyub.
ABŞ senatoru Kris Mörfi görüşü “Amerika üçün tam bir rüsvayçılıq” adlandırıb. Siyasi ekspertlər isə bu hadisənin Rusiyaya ABŞ-ın mövqeyi ilə bağlı açıq mesaj verdiyini bildirir.
Son məlumata görə, Zelenski Ağ Evi planlaşdırılandan daha tez tərk edib. Hazırda Tramp-Zelenski mətbuat konfransının baş tutub-tutmayacağı qeyri-müəyyən olaraq qalır.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ