İnsanlara hürriyət, millətlərə istiqlal!

Kallas Tramp – Zelenski görüşünü şərh edib: Azad dünyanın yeni liderə ehtiyacı var

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenskinin qalmaqallı görüşündən sonra “azad dünyanın yeni liderə ehtiyacı olduğunu” bildirib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı sosial şəbəkədə yazıb.

“Avropa İttifaqı Ukraynaya mübarizəni davam etdirə bilməsi üçün dəstəyi artıracaq. Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var. Bu problemi həll etmək bizdən, avropalılardan asılıdır”, – Kallas qeyd edib.

Xatırladaq ki, daha əvvəl bir sıra Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə etmişdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR