Onlayn ictimai-siyasi qəzet
Görünən odur ki, Ağ Ev və Trampın tərəfdarları baş verənləri ABŞ prezidentinin ölkəsinin maraqlarını qoruması kimi təqdim edirlər.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin sözçüsü ilk açıqlamalarından birində bu fikri vurğulayıb, eyni mövqe Tramp administrasiyasının rəsmi bəyanatında da əksini tapıb.
ABŞ-ın dövlət katibi Marko Rubio Trampa təşəkkür edərək belə yazıb:
"Donald Tramp, heç bir prezidentin cəsarət etmədiyi şəkildə Amerikanı qoruduğunuz üçün təşəkkürlər. Amerikanı birinci yerə qoyduğunuz üçün təşəkkürlər. Amerika sizinlədir!"
ABŞ-ın maliyyə naziri Skott Bessent də oxşar mövqedən çıxış edərək bildirib:
"Prezident Tramp, dünya səhnəsində Amerika xalqının və ölkəmizin maraqlarını müdafiə etdiyiniz üçün təşəkkür edirik".
Donald Trampın mövqeyi onun tərəfdarları tərəfindən qətiyyətli liderlik nümunəsi kimi təqdim olunur. Bununla belə, müxaliflər və tənqidçilər bu yanaşmanı Amerikanın ənənəvi diplomatik dəyərlərindən uzaqlaşması kimi qiymətləndirirlər.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ