Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə maraq göstərmədiyini bildirib.
"Ağ Evdə keçirilən vacib görüşdə, gərginlik və təzyiq altında başa düşülməsi çətin olan məsələləri müzakirə etdik. Nəticədə anladım ki, Zelenski sülhə meyilli deyil. O düşünür ki, bizim iştirakımız ona danışıqlarda üstünlük qazandıracaq. Mənə üstünlük deyil, sülh lazımdır. O, Oval Kabinetdə hörmətsizlik nümayiş etdirdi. Sülhə hazır olduqda yenidən gələ bilər", – deyə Tramp görüşdən sonra qeyd edib.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ