Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Tiflis Beynəlxalq Aeroportunda vətəndaşların təxliyə olunduğu elan edilən yoxlamanı başa çatdırıb.
“Təhlükəsizlik tədbirləri başa çatıb”, – qurum bildirib.
Xüsusi xidmət orqanları yoxlamaya nəyin səbəb olduğunu açıqlamayıblar.
***
Tiflis Beynəlxalq Aeroportunda təxliyə elan edilib.
Sərnişinlər binanı tərk edərək çölə çıxmağa məcbur ediblər. Səbəbi hələ məlum deyil.
Qeyd olunur ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti hava limanında təhlükəsizlik protokoluna uyğun tədbirlər görür.//Report
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ