İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu üsulla saçlarınız daha gec ağaracaq

Kişilərdə saç 30-35, qadınlarda isə bir az daha gec - 40-45 yaşlarında bəyazlaşmağa başlayır. Yaş artdıqca, ağaran saçların sayı da artır. Bu səbəbdən ağ saçlar çox zaman qocalığı təmsil edir. Lakin gənc insanlarda da ağ saçlara rast gəlirik. Bu da olduqca yayğın hadisələrdəndir.

Ağaran saçlarını kompleks edən də var, etməyən də. Məsələyə dövr olaraq yanaşsaq, 20-ci əsrdə bəyaz saçlar tez-tez rənglənsə də, 21-ci əsrdə boz saçların dəbə gəldiyinin şahidiyik. Kişilər çox vaxt ümumiyyətlə, saçlarını rəngləmirlər, bəzi qadınlar isə öz istəkləri ilə boz saçlara üstünlük verirlər. Məsələn, 2015-ci ildə "İnstaqramda "grannyhair" fləşmobu başladı. Bu zaman bir çox xanımlar saçlarını gümüşü rəngə boyadılar. Bu gün də gümüşü saça üstünlük verənlər az deyil. Ancaq yenə də saçlarının ağarmasından narahat olanlar var.

Son tədqiqatlar siçanlar üzərində aparılan təcrübələr nəticəsində müəyyən edib ki, luteolin adlı maddə saçların ağarmasını ləngitməkdə faydalıdır.

Luteolin, kərəviz, yaşıl bibər, brokoli, kök və zeytun yağında olan təbii bir antioksidantdır. Diyetoloq Tobi Amidora görə, bu maddə yalnız iltihablanmanın qarşısını almaqla qalmır, həm də dərinin yaşlanmasını ləngidir və göz xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Alimlər, luteolinin və digər iki antioksidantın saçların ağarmasına təsirini araşdırmaq üçün 16 həftə ərzində siçanlar üzərində təcrübə aparıblar. Siçanlara luteolin, hespiridin və diosmetin verildikdən sonra, luteolin qəbul edən siçanların tük rənginin daha çox qorunduğu müşahidə olunub. Alimlər bunun luteolinin endotelinlərə müsbət təsiri ilə əlaqələndirirlər. Lakin mütəxəssislər hələ ki, bu nəticələrin insanlara tətbiq edilə bilib-bilməyəcəyini söyləmək üçün tez olduğunu vurğulayırlar.   (Milli.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR