İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada Trampa açıq dəstək verən yeganə lider ODUR! “Güclü insanlar sülh yaradır”

Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampın sülh mövqeyini açıq şəkildə dəstəkləyən yeganə Avropa lideri olub.

Musavat.com xəbər verir ki, Orban X sosial şəbəkəsində paylaşım edərək Trampın beynəlxalq siyasətdə atdığı addımları alqışlayıb:

“Güclü insanlar sülh yaradır, zəiflər isə müharibə edir. Bu gün prezident Donald Tramp cəsarətlə sülh naminə çıxış etdi. Hər kəsin bunu həzm etməsi asan olmasa da, təşəkkür edirəm, cənab prezident!”

Orbanın bu açıqlaması Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında baş verən gərgin görüşdən sonra yayılıb. Məlumata görə, Tramp Zelenskidən Ağ evi tərk etməsini istəyib və ABŞ rəsmiləri Ukrayna nümayəndə heyətinə “Zelenski sülhə hazır olduğu zaman qayıtsın” mesajını veriblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR