Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Voronej vilayətində dəmiryolu xəttində partlayış baş verib.
Musavat.сom xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb.
Bildirilib ki, insident Yevdakovo və Saquni stansiyaları arasındakı hissədə qeydə alınıb.
Partlayış nəticəsində dəmiryolu infrastrukturu zədələnib. İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, iyunun 1-nə keçən gecə saatlarında Bryansk vilayətinin Vıqoniçi kəndi ərazisində partlayış nəticəsində körpü uçub, həmin an onun altından sərnişin qatarı keçib. Hadisə nəticəsində 7 nəfər ölüb, daha 73 insan yaralanıb.
Ukrayna ordusu Bryansk şəhərinin Klintsı şəhəri yaxınlığında Rusiyanın “İsgəndər” operativ taktiki raket kompleksini sıradan çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, ordu və Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi birgə əməliyyat nəticəsində bir buraxılış qurğusu məhv edilib, daha iki buraxılış qurğusu isə zədələnib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ