İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Oleq Bakinski həbsdən buraxıldı - FOTO

Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivin məhkəmə zalından azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Bakinskinin vəkili vəsatətlə çıxış edib.

Vəkil müvəkillinin sağlıq durumunun nəzərə alınması və barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Dövlət ittihamçısı vəsatətə etiraz etmədiyini bildirib. Qısa müşavirədən sonra vəsatət təmin olunub və Oleq Bakinski məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. 

LOQO SON.jpeg (64 KB)

FOTODA Oleq Bakinski və vəkili Xeyransa Babayeva

müəllif: Elşən Məmmədəliyev

DETALLAR bu yazıda: https://musavat.com/news/ukraynada-bomba-yagisi-altindan-bakida-mehkeme-zalina-oleq-bakinskinin-isi_1163839.html

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR