Onlayn ictimai-siyasi qəzet
Kanadanın baş naziri Mark Karni Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü zamanı ölkəsinin satılmadığını deyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Karni jurnalistlərin Trampın Kanadanı ABŞ-a ilhaq etmək istədiyi ilə bağlı təkrar açıqlamalarına münasibət bildirməsini xahiş edərkən, “bildiyiniz kimi daşınmaz əmlak sektorunda bəzi yerlər var ki, heç vaxt satılmır” deyib.
Amerika prezidenti öz növbəsində qeyd edib ki, o, hazırda bu məsələni baş nazirlə müzakirə etmək fikrində deyil, lakin hadisələrin bu cür inkişafının “qonşu ölkəyə çoxlu üstünlüklər verəcəyini” vurğulayıb. Tramp daha sonra əlavə edib: "Heç vaxt heç vaxt demə".
Musavat.com
07 May 2025
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ