İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Husilərə zərbələri dayandırır – Tramp

ABŞ prezidenti Donald Tramp ölkəsinin Yəməndə Husi Ənsar-Allah hərəkatına qarşı hücumlarını dayandırdığını elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşündə açıqlayəb: "Husilər, ən azı, bizə daha döyüşmək istəmədiklərini söylədilər. Onlar döyüşmək istəmirlər və biz buna hörmət edirik. Biz bombardmanları dayandıracağıq. Onlar təslim oldular".

"Biz husiləri bombalamağı dərhal dayandıracağıq" deyən Tramp qeyd edib ki, üsyançılar öz növbəsində Qırmızı dənizdə və Bab əl-Məndeb boğazında gəmilərə bir daha hücum etməyəcəklərini vəd ediblər.

Jurnalistlərdən birinin husilərin gəmilərə hücum etməməyə hazır olması ilə bağlı məlumatı Amerika rəhbərliyinin haradan əldə etməsi ilə bağlı suala Tramp deyib ki, “fərqi yoxdur”: "Mənim çox yaxşı mənbəm var. Onlar bizim üzərlərinə daha bomba atmağımızı istəmirlər. Mən əslində belə olacağını düşünürdüm".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

06 May 2025

BÜTÜN XƏBƏRLƏR