İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulların işi - 14 bıçaq vurulub

Ağcabədidə ata və iki oğlu nazirlik əməkdaşını ölümcül şəkildə döyüb. Həmin şəxslərdən biri nazirlik işçisinə 14 bıçaq zərbəsi vurub.

Musavat.com xəbər verir ki, Fərhad Bəşirov oğlanları Səlim və Vüsal hakim qarşısına çıxarılıb. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işləyən Daşqın adlı şəxsi döyüblər.

Məlumata görə hadisə Daşqının işə düzəltmək adı ilə onlardan 5 min manat almasına görə baş verib. Daşqın 5 min manat qarşılığında Səlimi işə düzəldəcəkmiş.

Daşqın bu məqsədlə pulu alıb, amma heç bir iş görməyib. Aldığı məbləğin cəmi 2 min manatını qaytaran Daşqın imkan olmadığı üçün qalan məbləği ödəməyib. Buna görə də onlar arasında bir neçə dəfə mübahisə yaşanıb.

Sonuncu telefon danışığında tərəflər bir-birini söyüb. Söyüşə görə hər iki tərəf bir-birini ittiham edib.

Ata və iki oğlu Daşqınla görüşə gedib. Daşqın onları görən zaman maşına əyləşərək qapıları bağlayıb. Bəşirovlar maşının şüşələrini sındırıb, Daşqının telefonunu yerə çırparaq qırıblar. Daşqını maşından düşürərək döyüblər.

Hadisə zamanı Dşaqının olduğu maşın nazirliyi məxsus olub. Maşına 500 manatdan çox ziyan dəyib.

İttihama görə dava zamanı Vüsal cibindən bıçaq çıxaraq Daşqına 14 zərbə endirib.

İstintaq orqanı Vüsala qəsdən adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə ittiham irəli sürüb. Qardaşı və atası isə xuliqanlıqda təqsirli bilinib.

Vüsal 12 il azadlıqdan məhrum edilib. Atası və qardaşı barəsində isə 3 il azadlığın məhdualaşdırılması cəzası təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR