Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiya paketi çərçivəsində 60 fiziki və hüquqi şəxsə, eləcə də təxminən 150 tankerə məhdudiyyətlər tətbiq etməyi təklif edir.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb.
Bildirilir ki, Avropa İttifaqı yeni sanksiya paketini mayın 20-nə planlaşdırılan Aİ xarici işlər nazirlərinin görüşündə razılaşdırmaq istəyir. Aİ sanksiyaları 27 AB üzv dövlətinin yekdil dəstəyini tələb edir və hər altı aydan bir yenilənməlidir.
Xatırladaq ki, mayın əvvəlində Fransanın xarici işlər naziri Jan-Noel Barrot Aİ ölkələrinin Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırlamaq niyyətində olduğunu və bunu ABŞ Konqresi ilə əlaqələndirməyə çalışacaqlarını açıqlamışdı. Fransalı nazirin sözlərinə görə, Rusiya Ukraynada atəşkəslə razılaşmasa, sanksiyalara ehtiyac olacaq.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ