Onlayn ictimai-siyasi qəzet
Amerikanın “Uber Technologies” şirkəti Türkiyənin “Trendyol Group” şirkətinin “Trendyol GO” çatdırılma xidmətinin 85 faizini alıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, alqı-satqının dəyəri təxminən 700 milyon dollar təşkil edir.
Uber-in ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamaya görə, lazımi icazələrin alınması şərti ilə əməliyyatın tamamlanması 2025-ci ilin ikinci yarısına planlaşdırılır.
2024-cü ildə Trendyol GO 2 milyard dollar dəyərində 200 milyondan çox çatdırılma sifarişi yerinə yetirib ki, bu da əvvəlki illə müqayisədə 1,5 dəfə çoxdur. Müqavilənin Uber-in Türkiyə bazarında payını artıracağı gözlənilir.
Trendyol Go, Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan Trendyol Group-un bir hissəsi olan qida çatdırılması xidmətidir. Trendyol Group-un nəzarət paketi Çin internet nəhəngi Alibaba Group Holdinqə məxsusdur.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ