İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir tanınmış xərçəngdən öldü

Avstraliyanın məşhur rok qrupu "Hoodoo Gurus"un ilk üzvlərindən biri və tanınmış barabançısı Ceyms Beyker 71 yaşında vəfat edib.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, bu barədə qrupun üzvləri açıqlama yayıblar. Ona ötən il qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu.

Beyker 1981-ci ildə qrupa qoşulub və onların ilk "Stoneage Romeos" albomunda çıxış edib. O, qrupun "Leilani" adlı ilk sinqlını birgə yazıb və 1983-cü ildə səslənən "My Girl" mahnısında ifa edib.

Beyker 1984-cü ildə Hoodoo Gurus-dan ayrılıb, Avstraliyanın "Beasts of Bourbon" və "The Scientists" kimi digər məşhur qruplarında da çıxış edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR