İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məndən niyə qaçırsan?” - 15 il sonra atasının səsini eşitdi - VİDEO

Müğənni Leyla Rəhimova qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, o, 15 ildir münasibəti olmadığı atasının səsini eşidib.

Musiqi məktəbində nağara ifaçılığından dərs deyən atası qızına olan arzularını və gileyini dilə gətirib:

"Leyla, səni çox istəyirəm. Kövrək insanam, mövzu qızımdırsa, ümumiyyətlə... O mənim balamdır, canım qurban ona. Üç övladımdan da razıyam. Gərək o zaman Rusiyaya icazə verməzdim getməsinə. Ola bilər ki, övladımı istəməyim? Onsuzda görəcəyəm, geci-tezi var. Qızımın gözəl zövqü var, yaxşı mahnılar oxuyur. Qızım, səni çox istəyirəm, məndən niyə qaçırsan? Sənə nə etmişəm? Amerikaya gedəndə mən yola salmışam, konsertlərində iştirak etmişəm. Hansı məsələsi olubsa, baş üstə demişəm. Övladımın inkişafı naminə hər şey etmişəm. O biri uşaqlarım deyir ki, ən çox Leylanı istəyirsən. Mənim 3 övladımdan başqa kimim var ki... Qurban olaram qızıma, halal olsun, yolu açıq olsun. Vaxt gələcək biz görüşəcəyik".

Sözügedən duyğusal anları təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR