İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyarto: Aİ-nin Rusiya enerji daşıyıcılarından imtina planları Avropa iqtisadiyyatına zərbə vurur

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqının Rusiya enerji daşıyıcılarından imtina etmə planlarını sərt şəkildə tənqid edib.

Musavat.com-un məlumatına görə, o bildirib ki, bu qərar bir sıra Avropa ölkələrinin iqtisadiyyatına ciddi çətinliklər yaradır, bəzi şirkətlərin beynəlxalq rəqabət qabiliyyətinə zərbə vurur və enerji bazarında qiymət artımı riskini artırır.

"Rusiya enerji mənbələrinin zorla, süni şəkildə və ideoloji əsaslarla xaric edilməsi bir çox Avropa ölkələrinin iqtisadiyyatında ciddi problemlər doğurur. Bu, həmçinin bəzi şirkətlərin beynəlxalq bazarda rəqabət imkanlarını zəiflədir və enerji qiymətlərinin artması təhlükəsini yaradır", – deyə o, videomüraciətində qeyd edib.

Nazir vurğulayıb ki, bu yanaşma Macarıstanın enerji təhlükəsizliyini də təhdid altına alır. O, Avropa Komissiyasının Ukraynanın sürətli Aİ-yə inteqrasiyasını və silah tədarükünü dəstəkləmək üçün "ağıllı siyasət yürüdən ölkələrə" – o cümlədən Macarıstana – əlavə yük yükləməyə çalışdığını bildirib.

"Biz bu cür mənasız və ölçüyəgəlməz dəstəyin – yəni Ukraynaya göstərilən yardımın – bədəlini ödəməyə hazır deyilik", – deyə Siyarto əlavə edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR